12:20
(077) 610-22-33

İran xüsusi təyinatlılarını Suriya və Livana göndərib

  • >
485 17 Sentyabr 2012 07:55 | Region

Genaral həmin bazaların İran raketlərinin radiusunda yerləşdiyini də diqqətə çatdırıb



İranın İnqilab Keşikçiləri Ordusunun komandiri, briqada generalı Məhəmməd Əli Cəfəri Suriya və Livana iranlı hərbçilərin göndərildiyini etiraf edib. Livanın "Naharnet" mətbu orqanına müsahibədə general bildirib ki, söhbət "Qüds" adlı xüsusi təyinatlı birləşmənin döyüşçulərindən gedir.

Lakin Cəfəri xüsusi təyinatlıların hər iki ölkədə hərbi məsləhətçilər kimi fəaliyyət göstərdiyini qeyd edib. O, həmçinin ABŞ və İsrailin İrana hərbi müdaxiləsinə cavab olaraq Amerikanın Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanındakı bazalarına zərbə endiriləcəyini vurğulayıb. Genaral həmin bazaların İran raketlərinin radiusunda yerləşdiyini də diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, İran hərbi birləşmələrinin Suriyada olduğu barədə xəbərlər hələ sentyabrın 6-da "The Daily Telegraph" tərəfindən yayılmışdı.

Alpər
AzNews.az
Bağla X