04:06
(077) 610-22-33

“Düz 10 il bir ayaqqabını geyinmişəm” - Elnarə

  • >
4 282 24 May 2017 19:26 | Şou-biznes

“APA TV”-nin “Show time” verilişində qonaq olan əməkdar artist Elnarə Abdullayeva belə deyib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, o, bildirib ki, son vaxtlar geyimlərinə diqqət edir:

“Kimsə mənə yaxşı deyəcək deyə, kreditə paltar götürüb, geyinmərəm. Başqasının paltarını geyinim, mənə yaxşı desinlər, bu, mənim xarakterimə uyğun deyil. Nəyim varsa, onu geyinəcəm. Yoxdusa, canım çıxacaq, geyinməyəcəm. Sonra pulum oldu, getdim 4-5 cüt ayaqqabı aldım. Sonra heyfsiləndim ki, yaxşı hərəkət eləməmişəm. Çünki onsuz da ayaqqabı yubkanın altında qalır. Elə 1 ayaqqabı bəs edərdi. Ona verdiyim pulu gərək xeyir işə xərcləyərdim. Özümə dedim ki, nə oldu qudurdun?”

Bağla X