01:56
(077) 610-22-33

Roma Papası İlham Əliyevi təbrik etdi

  • >
1 171 24 May 2017 17:59 | Siyasət

Roma Papası Fransisk prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun”.

Bağla X