“Biz görürük ki, NATO-ya və Avropa İttifaqına üzv olmayan keçmiş sovet ölkələrinin hamısı Rusiya tərəfindən yaradılan konfliktlərdən əziyyət çəkir. Bu gün həmin ölkələrin hamısı öz ərazi bütövlüyünü bərpa etmək üçün cəhdlər edir, çünki Rusiya ya onların ərazisnin bir hissəsini onların nəzarətindən çıxarıb, ya da bu hissələrdə konfliktlər yaradıb”. “Biz görürük ki, NATO-ya və Avropa İttifaqına üzv olmayan keçmiş sovet ölkələrinin hamısı Rusiya tərəfindən yaradılan konfliktlərdən əziyyət çəkir. Bu gün həmin ölkələrin hamısı öz ərazi bütövlüyünü bərpa etmək üçün cəhdlər edir, çünki Rusiya ya onların ərazisnin bir hissəsini onların nəzarətindən çıxarıb, ya da bu hissələrdə konfliktlər yaradıb”.

Merkeldən sərrast "atış"

“Biz görürük ki, NATO-ya və Avropa İttifaqına üzv olmayan keçmiş sovet ölkələrinin hamısı Rusiya tərəfindən yaradılan konfliktlərdən əziyyət çəkir. Bu gün həmin ölkələrin hamısı öz ərazi bütövlüyünü bərpa etmək üçün cəhdlər edir, çünki Rusiya ya onların ərazisnin bir hissəsini onların nəzarətindən çıxarıb, ya da bu hissələrdə konfliktlər yaradıb”.

Bəli, çox düzgün və sərrast deyilibdir. Xüsusən də nəzərə alanda ki, bunu qeyri bir kəs yox, Almaniyanın kansleri Angela Merkel deyib, onda bu sözlərin çəkisi bir az da artır.

Yada salaq ki, Merkel belə dəqiq açıqlamalarla birinci dəfə deyil ki, çıxış edir – hələ bir necə il bundan öncə eyni bir açıqlama ilə Almnaiya kansleri Azərbaycan prezidentilə görüşü zamanı da çıxış etmişdi.

İndi də Baltik ölkələrindəki alman hərbçiləri qarşısında çıxışı zamanı xanım Merkelin bu cür fikirləri dilə gətirməsi müstəsna əhəmiyyətli bir məsələdir. Ona görə ki, Almaniya həm də Avropa İttifaqı deməkdir və bu gün A.Merkelin dilindən səslənən fikirlər sabah getdikcə Dünya içrə daha böyük rol oynamağa cəhd edən Avropa İttifaqının da mövqeyi ola bilər.

Bilirəm, iti ağıllı oxucu deyəcək ki, A.Merkel çox ziddiyyətli siyasətçidir. Razıyıq, ziddiyyətlər elə kanslerin Baltik ölkələrinin rəhbərlərilə görüşlərində də özünü biruzə veribdi.

Baltik ölkələri Almaniya ilə Rusiya arasındakı “Şimal axını” qaz layihəsinin əleyhinə çıxır və israrla “Biz enerji baxımdan Rusiyadan asılı olmağın fəsadlarını yaşamışıq” deyirlər. Demək olmaz ki, Merkel onların narahatlığını bölüşmür. Yox, belə deyil. Yuxarıda gətirdiyimiz sitatın özü də gösətirir ki, Merkel Kremlin regionda apardığı siyasətin də fərqindədir. Sadəcə, Almaniya lideri həmişə göstərmək istəyir ki, onun ölkəsinin və ümumiyyətlə, Avropanın Rusiyaya münasibətdə qərəzi və yaxud məkri yoxdur, Avropa Rusiya ilə də yeni münasibətlər qurmağa hazırdır. Bunun üçün Rusiya dəyişməli, ən azı keçmiş sovet ölkələrinə münasibətdə yeni siyasət aparmalıdır.

Məsələn, A.Merkel həmişə Ukrayna böhranını önə çəkir və bildirir ki, Rusiya Minsk razılaşmalarına əməl etməyincə ona qarşı sanksiyalar heç bir halda aradan qaldırılmayacaqdır.

Məsələnin ən əlamətdar tərəfi isə budur ki, bu dəfə Merkel təkcə Ukrayna ilə məhdudlaşmayıb, digər ölkələrin, Azərbaycanın da adını çəkibdir.

Bəli, Gürcüstandan, Ukraynadan və Moldovadan fərqli olaraq biz müəyyən səbəblərdən bir çox şeyləri öz adları ilə adlandırmaq istəmirik. Belə yanaşma ilə razılaşmaq da olar, mübahisə açmaq da.

Məsələn, bu aspektdə demək olar ki, Rusiyanın bölgədəki roluna işıq tutan və hazırda Kremllə ciddi problemlər yaşayan Gürcüstan da böyük hesabla heç nəyə nail olmayıbdır.

Amma məsələnin başqa tərəfi də var. Məsələn, həmişə gileylənirik ki, Qərb dövlətləri Gürcüstanın ərazi bütövlüyünə münasibətdə daha ardıcıl mövqe tutur. Fəqət, bəlkə bu da onun nəticəsidi ki, Tbilisi öz problemini daha ciddi və necə deyərlər, olduğu kimi təqdim edir?..

Ruslar da Dağlıq Qarabağ probleminə münasibətdə özlərini elə qələmə verirlər ki, guya bu konfliktdə onların iştirakı digər həmsədrlər, ABŞ və Fransa qədərdir. Amma belə deyil axı!.. Xanım Merkelin də qeyd etdiyi kimi bütün bu münaqişələrin, o cümlədən Dağlıq Qarabağ konfliktinin də arxasında Rusiya dayanır.

Bu səbəbdən bir daha deyirik ki, reallığın Avropada da olduğu kimi dərki bizim xeyrimizədir. İllərlə dedik, gileyləndik və hətta yalvardıq ki, Dünya birliyi problemə biganədi, onu həll etməyə çalışmır.

Ötən dəfələrdə də yazmışdıq ki, vurğuları dəyişməyin vaxtı yetişibdi: biz özümüz də problemi həll edə bilərik, yetər ki, Dünya ölkələri, o cümlədən də Rusiya bizim haqqımızı tanısın və münaqişəyə adekvat, ədalətli siyasi münasibət sərgiləsin. Qalanı isə, lap elə Üzeyir bəyin çox məşhur operettasında, “O olmasın, bu olsun”da deyilən kimi; Sərvərin boynuna...

Bilirsiniz, hər il silah arsenalını yeniləmək və ya gücləndirmək üçün böyük maliyyə vəsaitləri xərcləmək və eyni zamanda, ərazimizin 20 faizinin hələ də düşmənin nəzarətində olması ilə barışmaq – etiraf edək ki, bu, çox ağır bir dərddir. Dərhal sual yaranır ki, onda bu silahlar bizim nəyimizə lazımdır? Üstəlik, hərbi texnikanın məhdud yararlılıq müddəti var: silahlar köhnəlir və ya onlarında daha mükəmməli meydana çıxır. O səbəbdən də silahları təyinatı üzrə işlətməyin vaxtı çatmayıbmı?..

Hüseynbala Səlimov
AzNews.az