Siyasət baxımından yayda qəti darıxmadıq; hətta elə bir təsəvvür yaranırdı ki, siyasət adamları daha tətil-filan bilmirlər. Hiss olunur ki, payız da maraqlı olacağını vəd edir. Bu baxımdan, Rusiya prezidenti Vladimir Putinin Bakıya və İrəvana səfərinin tarixi hələ dəqiq bilinməsə də duyulanı budur: nəinki dövlət rəsmiləri, hətta siyasi təhlilçilər səfərə ciddi hazırlaşır, çünki hazırda “müharibə repetisiyası” ilə məşğul olan tərəflərin gələcək planları bu səfərdən çox asılı olacaq. Siyasət baxımından yayda qəti darıxmadıq; hətta elə bir təsəvvür yaranırdı ki, siyasət adamları daha tətil-filan bilmirlər. Hiss olunur ki, payız da maraqlı olacağını vəd edir. Bu baxımdan, Rusiya prezidenti Vladimir Putinin Bakıya və İrəvana səfərinin tarixi hələ dəqiq bilinməsə də duyulanı budur: nəinki dövlət rəsmiləri, hətta siyasi təhlilçilər səfərə ciddi hazırlaşır, çünki hazırda “müharibə repetisiyası” ilə məşğul olan tərəflərin gələcək planları bu səfərdən çox asılı olacaq.

İtlər həm də ona görə hürürlər ki...

Siyasət baxımından yayda qəti darıxmadıq; hətta elə bir təsəvvür yaranırdı ki, siyasət adamları daha tətil-filan bilmirlər. Hiss olunur ki, payız da maraqlı olacağını vəd edir. Bu baxımdan, Rusiya prezidenti Vladimir Putinin Bakıya və İrəvana səfərinin tarixi hələ dəqiq bilinməsə də duyulanı budur: nəinki dövlət rəsmiləri, hətta siyasi təhlilçilər səfərə ciddi hazırlaşır, çünki hazırda “müharibə repetisiyası” ilə məşğul olan tərəflərin gələcək planları bu səfərdən çox asılı olacaq.

Səfərin xüsusilə Ermənistanla bağlı “əlamətdar” olacağı düşünülür, ona görə ki, Kreml N.Paşinyanı Moskvaya çağırıb sorğu-sual etməyi və yaxud da prosesləri səbrlə izləməyi artıq kafi saymır, özü də prosesə çox aktiv qoşulmağı düşünür. Artıq indidən deyilir ki, Rusiya prezidenti İrəvanda eks-prezidentlər R.Koçaryan və S.Sarkisyanla da görüşməyi planlaşdırır – bu isə kiçmiş nökərlərə nəzakət və diqqətdən daha çox o deməkdir ki, Moskva onları hələ siyasi baxımdan tamam dəfn etməyib, istənilən vaxt bu adamların “köməy”inə müraciət edə bilər.

Etiraf etmək lazımdır ki, vəziyyət Kreml üçün heç də asan durumda deyil. Hətta düşünürük ki, Bakı və İrəvan elə bu günlərdəcə “müharibə repetisiyası”ndan əsl müharibəyə keçmək qərarı versə, Moskva çox çətin bir vəziyyətdə qalar, ona görə ki, Bakı – Moskva vektoru üzrə aydınlıq daha çoxdur, nəinki Bakı - İrəvan, halbuki bu vaxta qədər tamam tərsinə olubdur – KTMT-nın və AİB - in üzvü olan Ermənistan Rusiyanın yaxın müttəfiqi, hətta hərbi müttəfiqi sayılıb, Azərbaycan isə starateji tərəfdaş statusu ilə kifayətlənməli olubdur.

Amma Paşinyan hakimiyyətə gələndən sonra “kartları qarışdırdı”: indi elə bir vəziyyət yaranıb ki, “Kim kimdir?” sualına cavab vermək müşkül bir məsələ olub. Ona görə də Kremldə çox götür-qoy etdilər və axırda da bir rusiyalı politoloqun dediyi kimi, belə bir qərara gəldilər ki, Paşinyan bizim adam olmasa da, Ermənistan bizimdir, ona görə də fəallaşmaq və hərəkətə keçmək lazımdır.

İndi budur, deyəsən, hərəkətə keçmək qərarına gəliblər. Artıq N.Paşinyan da yavaş-yavaş anlayır ki, beynəlxalq tədbirlərdə onunla-bununla şəkil çəkdirmək hələ heç nə demək deyil və o, faktiki olaraq Kremllə və Qarabağ siyasi klanı ilə tamam təkbətəkdir, ona görə də məlum deyil ki, ona əsl, legitim baş nazir olmaq ümumiyyətlə müyəssər olacaq, ya olmayacaq? Paşinyanın küçə və meydanlardan başqa heç nəyi yoxdur, amma küçələr və meydanlar həmişə dolu olmur, üstəlik Kreml onları boşaltmağın bəlkə də yüz yolunu bilir.

O səbəbədən də artıq İrəvanın geri çəkilməsi haqqında xəbərlər dolaşır: məsələn, deyirlər ki, Ermənistan NATO-nun növbəti təlimlərində iştirak etməkdən imtina edib, həm də Paşinyan ABŞ-ın bu ölkədə quraşdırdığı bioloji laboratoriyanın da qapılarını ruslara açmalı olub və bunu eşidən D.Tramp da deyib ki, o, Paşinyan adlı adam tanımır. Bu isə o deməkdir ki, ABŞ prezidenti BMT-nin sessiyasında lütfkarlıq edərək Ermənistan baş nazirinin əlini sıxmayacaq...

Bəlkə də bu səbəbdən Paşinyanın çıxışlarında isterik tutmalar artır, nə Kremlin, nə də Ağ evin qarasınca danışmaq imkanı olmayan erməni baş naziri ürəyini Azərbaycanın ünvanına boşaldır ki, bəlkə bununla daxildə xal qazana bildi.

Amma əbəsdir. Qarabağ klanı onu heç vaxt özününkü saymayacaq. O ki qaldı küçə və meydanlara, erməni cəmiyyətində zərrə qədər ciddilik və tələbkarlıq varsa, gərək, Paşinyanın reytinqi azala, ona görə ki, bu adam dörd ay ərzində nəinki yadda qalan bir iş, hətta düşünüləsi və təqdir olası bir söz də deməyibdir.

Odur ki, N.Paşinyanın “müharibə repitisiyası” əslində seçki repetisiyasıdır – belə ki, sentyabrda İrəvanda mer seçkilərinin olacağı bildirilir, paytaxtsa elə bir məsələdir ki, kim ona nəzarət edirsə, ölkəyə nəzarət edir. Həm də bu, Paşinyan və tərəfdarları üçün bir testdir: istənilən qüvvə üçün məhz paytaxtda seçkiləri udmaq çətin olur, çünki paytaxt elektoratı fəallıq və tələbkarlıq, üstəlik sayıqlıq baxımından həmişə daha çox fərqlənir.

Bizə elə gəlir ki, N.Paşinyan əsas seçkini, parlament seçkisini yubatmaqla səhv etdi. Düzdür, real hakimiyyətin əski hakimiyyət qüvvəsinin əlində olduğu bir vaxtda seçkiyə getməyi çoxu təhlükəli saydı. Amma Paşinyanın əlində o vaxt küçə və meydanlar vardı və onlar istənilən kabinetin möhürünü aça bilərdilər...

Amma Nikol müəllim bunu etmədi, görünür, ermənilərin necə “mədəni” xalq olduğunu Dünyaya göstərmək istədi. Dünya isə buna heç tüpürmək istəmir və bunu NATO -nun sonuncu sammitində N.Paşinyana çox yaxşı başa saldılar.

Ona görə də Nikol müəllimin bir küçəsi, bir də Sorosu var. Bunlar isə Kreml qarşısında dayanmaq üçün yetərli deyil. Elə bu səbəbdən sərsəm və isterik bəyanatlar hələ çox olacaq – fikir verməyin, itlər həm də ona görə hürürlər ki, özləri də qorxurlar...

Hüseynbala Səlimov
AzNews.az