Bəli, Kremldə də başa düşdülər ki, Ermənistandakı proseslərdəki spontanlıq və avtonomluq yaxşı heç nə vəd etmir və prosesləri kənar müşahidəçi kimi seyr etmək Moskvanın maraqlarına cavab vermir. “Paşinyan bizim adamımız olmasa da Ermənistan bizim olub və gələcəkdə də olmalıdır”: Görünür, Kremlin son məntiqi belə oldu və elə bu məntiqi də əldə rəhbər tutub V.Putini Ermənistana göndərməyi qərara aldılar ki, Kreml lideri məsələləri yerindəcə çözsün və indiyə qədərki iki görüşdə Paşinyandan ala bilmədiyi cavab və vədləri özü yerbəyer etsin. Bəli, Kremldə də başa düşdülər ki, Ermənistandakı proseslərdəki spontanlıq və avtonomluq yaxşı heç nə vəd etmir və prosesləri kənar müşahidəçi kimi seyr etmək Moskvanın maraqlarına cavab vermir. “Paşinyan bizim adamımız olmasa da Ermənistan bizim olub və gələcəkdə də olmalıdır”: Görünür, Kremlin son məntiqi belə oldu və elə bu məntiqi də əldə rəhbər tutub V.Putini Ermənistana göndərməyi qərara aldılar ki, Kreml lideri məsələləri yerindəcə çözsün və indiyə qədərki iki görüşdə Paşinyandan ala bilmədiyi cavab və vədləri özü yerbəyer etsin.

Putinə hansı vədini xatırlatmalıyıq?

Bəli, Kremldə də başa düşdülər ki, Ermənistandakı proseslərdəki spontanlıq və avtonomluq yaxşı heç nə vəd etmir və prosesləri kənar müşahidəçi kimi seyr etmək Moskvanın maraqlarına cavab vermir. “Paşinyan bizim adamımız olmasa da Ermənistan bizim olub və gələcəkdə də olmalıdır”: Görünür, Kremlin son məntiqi belə oldu və elə bu məntiqi də əldə rəhbər tutub V.Putini Ermənistana göndərməyi qərara aldılar ki, Kreml lideri məsələləri yerindəcə çözsün və indiyə qədərki iki görüşdə Paşinyandan ala bilmədiyi cavab və vədləri özü yerbəyer etsin.

Bilirəm, səbrsiz oxucumuz dərhal qayıdacaqdır ki, axı görüşün ilk ünvanı Bakı olacaq – Rusiya prezidenti əvvəl Azərbaycanın paytaxtına səfər edəcək və burada hətta cüdo üzrə dünya çempionatına da qatılacaq, yanız bundan sonra İrəvana yollanacaqdır.

Tamamilə düzgün qeyddir. Amma bir daha deyirik ki, Putini ən ağır danışıqlar məhz İrəvanda gözləyir. Azərbaycana gəldikdə isə Kreml lideri o məsələlərin ki, cavabını Bakıdan almaq istəyir, bunlar nə indiki görüşdə, nə də yaxın müddətdə olmayacaq – bəli, dəfələrlə “Artıq Azərbaycan da KTMT-nın və AİB-in üzvü olur!” kimi siyasi anonslar səslənsə də tez bir zamanda məlum olur ki, bizim rusofil qardaşlarımız bu dəfə də tələsiblər. Elə güman ki, Putin özü də əmindir ki, Azərbaycan rəsmilərindən bircə səfər nəticəsində bu cür qərarlar gözləməyə dəyməz.

Bəs onda Putinin səfərinin bizim üçün vacib cəhəti nədir? Bir neçə gün idi ki, hər iki münaqişə iştirakçısı müharibə repetisiyası ilə məşğul idi və xüsusən də bunun immitasiyası Ermənistan tərəfindən daha ciddi şəkildə təzahür etdirilirdi.

Həm də hiss olunanı bu idi ki, repetisiyanın və yaxud da ki, immitasiyanın əsl müharibəyə çevrilməsi elə bir çətin məsələ deyildir, çünki artıq Azərbaycanda da diplomatların yeknəsəq bəyanatlarından, üzücü və nəticəsiz danışıqlardan, ən əsası da danışıqların özü haqqındakı danışıqlardan (“substantivlıik” məsələsini nəzərdə tuturuq!) beziblər. İnsanlar böyük məmnuniyyətlə məsələnin daha kəsərli və təsirli vasitələrlə, o cümlədən də hərbi yolla çözülməsini istərdilər.

Həm də burada daha bir məqam da var. 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan rəhbərliyi qəti şəkildə bu qərara gəlmişdi. Amma deyilənlərə görə, o vaxt Azərbaycan ordusunun hərəkətini məhz Kreml dayandırmışdı.

Bu da elə-belə baş verməmişdi. Əvəzində Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini artıracağına söz vermişdi. Bir ara həqiqətən də müəyyən səylər oldu: “Putin-Lavrov” planı ilə bağlı söhbətlər oldu, diplomatik kontaktlar çoxaldı, hətta Kreml prosesə Türkiyəni də qoşacağı haqda bəyanatlar verməyə başladı...

Di gəl ki, hansısa bir nəticə olmadı; mərhələli və paket həll variantlarının sintezi kimi gündəmə gələn yeni həll variantı reallaşmadı və səbəb kimi də bunu ərz etdilər ki, bəs tərəflər Dağlıq Qarabağ üçün aralıq statusu razılaşdıra bilməyiblər. Ermənilər lap əzəldən Dağlıq Qarabağa Azərbaycandan kənarda status verilməsini, Azərbaycan isə, təbii ki, aralıq statusun da ölkənin konstitusiyasına və ərazi bütövlüyünə uyğun müəyyən edilməsini tələb edibdir.

Beləcə, məsələ növbəti dəfə düyünə düşdü və bundan sonra nələr baş verdi, Ermənistanda hansı proseslər start götürdü və “İsgəndər”lər bu ölkədə necə peyda olub – bunları artıq hamı çox gözəl bilir...

Amma özümüzü elə də göstəməməliyik ki, proses guya tamam bitibdir. İsrarla Rusiyanın yadına bizi aprel döyüşlərini necə dayandırmağa vadar etməsini salmalıyıq, ona keçmiş vədlərini xatırlatmalıyıq.

Bilirsinizmi, Azərbaycanda hələ də çoxları deyir ki, bəs bizə sülh lazımdır və biz sülh istəyirik. Bu yetərincə mücərrəd və hətta anlaşılmaz bəyanatdır: Azərbaycan öz torpaqlarını və bu torpaqlarda suverenliyinin bərpa olunmasını istəyir! Bunun üçün isə bütün vasitələri nəzərdə tutur. Problem sülh yolu ilə həll olunarsa, daha yaxşı, amma gəl, həll olunmur axı!..

Münaqişənin başlanmasından az qala otuz il keçib və bu vaxta qədər sülh yolu ilə hətta otuz qarış belə torpaq azad edilməyib. Ona görə də şərait özü prosesə daha kəsərli vasitələrin və o cümlədən də hərbin tətbiq edilməsini zərurət edir: indiyədək görünməyib ki, təcavüzkar heç bir təzyiq olmadan, könüllü bir şəkildə öz mövqelərindən geri çəkilsin – onu buna məcbur etmək lazımdır.

Azərbaycan iki il bundan irəli bu qərara gəldi. Amma Kreml prosesin qarşısını aldı və müəyyən vədlər verildi ki, məsələnin sülh yolu ilə həlli cəhdləri sürətlənəcək və intensivləşəcək. Biz hələ də bunu gözləyirik və hesab edirik ki, V.Putin regiona növbəti səfəri zamanı bizə bununla bağlı konkret bir söz deməlidir.

Əks təqdirdə Azərbaycan növbəti dəfə hərbi təzyiq üsullarına müraciət edə bilər, çünki bunu həm şərait tələb edir, həm də öz ərazsində suverenlyini təsdiq etmək hər bir dövlətin müsətəsna hüququdur – güman ki, bununla Kremldə də razılaşarlar, hərçənd, Krım da Ukraynanın ərazisidir.

Ola bilsin, cümlənin sonundakı qeyd–Krım məsələsi bir az çaşdırıcı olacaq. Sadəcə, ona diqqəti yönəltməyə çalışdıq ki, görün, biz kimdən, hansı bir ölkədən ədalət və hərəkət umuruq?

Bu ölkə Abxaziyanı, Cənubi Osetiyanı və Krımı işğal edibdir, Ukraynanın Şərq hissəsini tamamilə onun nəzarətindən çıxarıbdı, kiçicik bir bölgəni Moldovanın başına bəla edibdi! Bəlkə bütün bunları dünyaya anlatmağın, onun özünə diplomatik savaş açmağın əsl vaxtıdır?

Hüseynbala Səlimov
AzNes.az