Bu bazar Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Mənim addımım” seçki bloku 81.06 % və ya 294,109 seçici səsi toplayıb. Nəticədə, blokun lideri aktyor, ssenarist Hayk Mautyan İrəvan meri seçilib. Onun oktyabrın 10-dan etibarən vəzifəsini icra edəcəyi gözlənilir. Bu bazar Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Mənim addımım” seçki bloku 81.06 % və ya 294,109 seçici səsi toplayıb. Nəticədə, blokun lideri aktyor, ssenarist Hayk Mautyan İrəvan meri seçilib. Onun oktyabrın 10-dan etibarən vəzifəsini icra edəcəyi gözlənilir.

Paşinyan niyə növbədənkənar parlament seçkisi keçirə bilmir? - Rufiz Qonaqov şərh edir

Bu bazar Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, “Mənim addımım” seçki bloku 81.06 % və ya 294,109 seçici səsi toplayıb. Nəticədə, blokun lideri aktyor, ssenarist Hayk Mautyan İrəvan meri seçilib. Onun oktyabrın 10-dan etibarən vəzifəsini icra edəcəyi gözlənilir.

Bundan əvvəl həmin vəzifəni icra edən Taron Marqaryan isə adı korrupsiya qalmaqalında hallandığı üçün iyulun 9-da istefa verib. O vaxtdan bu vəzifə boş qalıb.

Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyası 6.95 % səslə ikinci,”İşıq” partiyası isə 4.99 % səslə üçüncü olub.
Ermənistandakı bu seçkilərlə bağlı politoloq Rufiz Qonaqov AzNews.az-a açıqlamasında bildirdi ki, Ermənistanda şəffaf və demokratik seçkilərin keçirilməsi üçün şərait yoxdur:

“Ermənistanda heç bir seçkidə şəffaflıq olmayıb. Bunu hakimiyyətdə olan Paşinyan da bəyan​ edir. Eyni zamanda, biz bilirik ki, Ermənistandakı seçkilərdə həmişə prezident, parlament və dövlət qurumlarının üzvləri güllələnib. Həm Koçaryanın, həm də Sarkisyanın xunta rejimi rəhbərliyi dövründə seçkilərə sonda həmişə ordu müdaxilə edib və etirazlar xalqı gülləbaran etməklə sakitləşdirilib. Demək olar ki, seçkilər bütünlüklə saxtalaşdırılıb. İndiki dövrdə də beynəlxalq təşkilatlar mövzu ilə bağlı öz sözünü deməlidir. Paşinyan bütün mitinqlərdə, özünün şoularında qeyd edir ki, onun sözündən heç kim - heç bir hakim, mətbuat nümayəndəsi çıxa bilməz”.

Politoloqa görə, Paşinyan ölkədə növbəti diktaturanı yaratmağa cəhd göstərir. Bu vəziyyətdə sözsüz ki, seçkilərə ATƏT, Avropa Şurası və müvafiq qurumlar dəqiq qiymət verməlidirlər. Çünki bu gün Ermənistanda müstəqil mətbuata, məhkəmə hakimiyyəti və hüquq mühafizə orqanlarına çox böyük basqılar var. Bu bir daha göstərir ki, orada demokratik qaydada seçkilərin keçirilməsi üçün şərait yoxdur.
Qonaqov həmçinin Ermənistandakı bələdiyyə seçkisində Paşinyanın məsləkdaşının seçilməsi ilə baş nazirin bütün ölkədə hakimiyyəti ələ almaq istəyini də şərh etdi:

“Biz bilirik ki, hal-hazırda Ermənistan çox ağır günlərini yaşayır. Ermənistanda hakimiyyət parçalanıb. Bu gün hakimiyyətin içərisində böyük qarşıdurma var. Məlumdur ki, Paşiyan baş nazir seçilib, amma onun baş nazir seçilməsi orada müxalifətə keçmiş Sarkisyanın, “Respublika” partiyasının bir neçə üzvünün ona səs verməsi nəticəsində mümkün olub. Əslində, həmin səsləri “Respublika” partiyası bu gün geri götürsə, demək olar ki, 50 %-dən yuxarı səs çoxluğu keçmiş xunta rejiminə başçılıq edən Sarkisyanın “Respublika”partiyasının əlindədir. Məhz bu baxımdan, Sarkisyan gözəl bilir ki, bu gün onun taleyi tükdən asılıdır. O, yalnız meydandakı xalqa ümid edir. Lakin xalq da artıq gözləməkdən yorulub. Paşinyan xalqın bütün ümidlərini puça çıxarıb. Belə ki, xalqın sosial, iş, aclıq-səfalət problemlərini həll etmək əvəzinə, o, fikirləri ölkənin daxilindən xaricinə - Dağlıq Qarabağ üzərinə yöəldir. Məhz bu mənada o, istənilən bir seçkidən, xırda bələdiyyə seçkisindən belə hakimiyyətini möhkəmləndirməyə çalışır. Düşüncələrim bundan ibarətdir ki, bu gedişlə Paşinyan heç nəyə nail ola bilməyəcək. Çünki istəyir mer seçilsin, istəyir bələdiyyə üzvü seçilsin, Paşinyan onsuz da bu gün növbədənkənar parlament seçkisi keçirə bilmir. Bunu çox arzulayır, amma alınmır. Çünki digər siyasi qüvvələr bu seçkiləri istəmirlər”.

Politoloq vurğuladı ki, Koçaryan və Sarkisyan bu gün Paşinyana qarşı birləşib. Ölkənin hazırki prezidenti Sarkisyan keçmiş xunta rejiminə rəhbərlik edən, “Respublika” partiyasının rəhbəri Serj Sarkisyanın nümayəndəsidir. Ona görə də bu gün Paşinyanın timsalında, eyni zamanda, bu dediyim məsələlərin analizi olaraq, demək istəyirəm ki, Ermənistanda hakimiyyət parçalanmış formadadı və istənilən seçkilər Ermənistanı xilas edə bilməyəcək. Ermənistanın xilas olunmasının yeganə yolu Azərbaycana qarşı etdiyi işğalçılıq siyasətini aradan qaldırmasından keçir.

Pərvanə AĞAZADƏ
AzNews.az