Ermənistanın Silahlı Qüvvələri bu gündən etibarən sentyabrın 28-ə kimi üç gün ərzində işğal olunmuş Dağlıq Qarabağda hərbi təyyarələrin və helikopterlərin təlimini keçirəcəklər. Ermənistanın Silahlı Qüvvələri bu gündən etibarən sentyabrın 28-ə kimi üç gün ərzində işğal olunmuş Dağlıq Qarabağda hərbi təyyarələrin və helikopterlərin təlimini keçirəcəklər.

“Qarabağda təlim keçən uçaqları məhv edə bilərik” - Deputat

Ermənistanın Silahlı Qüvvələri bu gündən etibarən sentyabrın 28-ə kimi üç gün ərzində işğal olunmuş Dağlıq Qarabağda hərbi təyyarələrin və helikopterlərin təlimini keçirəcəklər.

AzNews.az-a mövzu ilə bağlı açıqlamasında deputat Azər Badamov bildirib ki, bu cür təlimlər təxribat kimi qarşılanmalıdır:
“Dağlıq Qarabağda ermənilər kiçik motorlu alçaqdan uçan aparatlarla və helikopterlərlə bir neçə dəfə təlimlər keçirib. Amma hərbi təyyarələr təlimlərdə heç vaxt iştirak etməyib. Azərbaycan bəyan edib ki, Dağlıq Qarabağın səmasında hərbi təyyarələr görünərsə, vurulacaqdır. Hətta 2014 –cü ildə belə təlimlərə cəlb olunmuş erməni helikopteri ordumuz tərəfindən məhv edildi. İndi də bu baş verərsə, yenə də düşmənin hərbi təyyarələri və helikopterlərini məhv edə bilərik və bu bizim hüququmuzdur. Çünki Azərbaycan öz torpaqlarını qoruyur və Dağlıq Qarabağın səmasında uçan hər bir aparat Azərbaycanla razılaşdırılmalıdır. Təbii ki, Azərbaycan buna heç vaxt razılıq verməz. İşğal altındakı torpaqlarımızda uçan hər bir erməni hərbi təyyarəsinin torpaqlarımızda uçuşu təxribat kimi qarşılanmalı və lazımi cavab verilməlidir.”

Pərvanə AĞAZADƏ
AzNews.az