13:39
(077) 610-22-33

Deputat ksenofobiyadan danışdı- Fotolar

  • >
307 31 May 2013 14:20 | Siyasət

“Dünyada müşahidə olunan ksenofobiya cəhdləri heç kimə baş ucalığı gətirmir. İnterqasiyanın vüsət aldığı qloballaşma dövründə bu cəhdlər çox bəsit səbəblərdir”




AzNews.az-ın məlumatına görə, bu sözləri Bakıda keçirilən Mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forum çərçivəsində BMT-nin "Sivilizasiyalararası Alyans" Təşkilatı tərəfindən "vətəndaş cəmiyyətlərinin gücləndirilməsi" mövsusunda keçirilən panel müzakirələrdə çıxış edən Milli Məclisin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov bildirib.

Dünyada mədəni müxtəlifliyə toxunan deputat bunun mühüm olduğunu vurğulayıb və vətəndaş cəmiyyəti təşkilatlarının bu dəyərlərin təbliğində rolunun vacib olduğunu deyib. Azərbaycanın mədəniyyətlərarası inteqrasiya prosesinə böyük töhfələr verdiyini vurğulayan F .Muradovun sözlərinə görə, ötən il Bakıda 25 ölkənin iştirakı ilə yaradılmış "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı müxtəlif mədəniyyətlərə malik gəncləri bir araya gətirib. "Rəhbərlik etdiyim gənclər təşkilatı bu mühüm missiyanı tarixi "İpək Yolu" üzərində yerləşmiş 27 ölkədə davam etdirir. Biz təkcə coğrafi deyil, dünyanın paylaşdığı ümumi dəyərlər əsasında birləşməyin tərəfdarıyıq. Bu baxımdan mədəniyyətlərarası dialoq prinsiplərinin təbliğində vətəndaş cəmiyyəti təşkilatları çox böyük imkanlara malikdir" - deyə F.Muradov bildirib.

Azərbaycanın çox mühüm bir regionda yerləşdiyini bildirən deputat dövlətin mədəni müxtəlifliyin və əməkdaşlığın yaradılması üçün dünyanın qəbul etdiyi prinsiplərə sadiq olduğunu vurğulayıb.

AzNews.az
image description image description image description
Bağla X