11:26
(077) 610-22-33

ATƏT səfirləri müxalifət nümayəndələri ilə ayrı-ayrılıqda görüşüblər

  • >
335 11 Sentyabr 2012 11:19 | Siyasət

İqbal Ağazadə: “Səfirlərin müxalifət rəhbərləri ilə ayrı-ayrı görüşməsinin səbəbini bilmirəm”

Səfirlərlə görüşdə əvvəlcə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu və ALP sədri Əvəz Temirxan iştirak edib. Daha sonra Ümid partiyası da daxil olmaqla digər partiyalarla görüş keçirilib. Maraqlısı odur ki, niyə səfirlər müxalifət partiyalarının sədrləri ilə ayrı-ayrı görüşüblər?

Görüşlə bağlı fikirlərini AzNews.az-a bölüşən Ümid parrtiyasının sədri İqbal Ağazadə deyib ki, səfirlərin partiya sədrləri ilə ayrı-ayrı görüşməsinin səbəbini bilmir: "Səfirlərin birinci görüşündə iştirak etmədim. Mən ayrıca iştirak etdim. Protokolu mən müəyyən etmirəm ki, görüşlərin ayrı-ayrı keçirilməsinin səbəbini biləm".

Partiya sədri vurğulayıb ki, ATƏT nümayəndələri ilə bir sıra fikir mübadilələri aparılıb: "Bilirsiz ki, Azərbaycan ATƏT-lə 3 istiqamətdə əməkdaşlıq edir. Bunlar təhlükəsizlik, iqtisadi və humanitar sahələrdir. Bu istiqamətdə aparılan fikir mübadiləsində ölkədəki problemlər, ATƏT-in üzərinə düşən vəzifələr, Azərbaycan tərəfinin bu istiqamətdə görəcəyi işlər, həmçinin 2013-cü ildə keçiriləcək prezident seçkiləri müzakirə edildi".

İlkin
AzNews.az
Bağla X