12:18
(077) 610-22-33

Əli Həsənov prezidentin Fransa səfərindən danışdı

  • >
422 18 Sentyabr 2012 09:28 | Siyasət

"İlham Əliyev Fransa prezidenti ilə görüşdə Dağlıq Qarabağ problemini mütləq şəkildə müzakirə edəcək".

AzNews.az xəbər verir ki, bunu bugün jurnalistlərə açıqlamasında Prezident Administirasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısının Fransaya səfərinə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycan prezidenti istənilən xarici ölkələrin rəhbərləri ilə görüşündə Dağlıq Qarabağ problemini prioritet məsələ kimi gündəmə gətirir: "Keçirilən görüşdə mövcud vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında davam edən danışıqlar, Minsk qrupunun bu sahədəki fəaliyyəti və sonrakı addımlar barədə danışıqlar aparılacaq".

AzNews.az
Bağla X