Egey dənizinin sahilləri yaxınlığında, Quşadası şəhərində qaçqınları daşıyan qayıq batıb. Egey dənizinin sahilləri yaxınlığında, Quşadası şəhərində qaçqınları daşıyan qayıq batıb.

Miqrantları daşıyan qayıq batdı - Fotolar + Video

Egey dənizinin sahilləri yaxınlığında, Quşadası şəhərində qaçqınları daşıyan qayıq batıb.

AzNews.az Türkiyə KiV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5-i uşaq olmaqla 12 nəfər həyatını itirib. İçərisində 22 qaçqın olan qayıq Yunan adalarına getmək istəyərkən batıb. 7 nəfərin həyatını xilas etmək mümkün olub. İtkin düşən 3 nəfərin axtarışı davam edir. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb edilib. Qayıqda neçə nəfərin tam olaraq olması barədə məlumatı isə sağ qalan miqrantlar veriblər.