Mədəniyyət və Turizm Nazirliyinin tədbirində həyəcan- VİDEO

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin "Parkİnn" otelində keçirilən tədbirində maraqlı anlar yaşanıb. AzNews.az-ın məlumatına görə, tədbir keçirilən zaman otelin həyacan sistemi işə düşüb. İCOMOS Azərbaycan Milli Komitəsinin Təsisi Üzrə Təşəbbüs Toplantısında iştirak edən nazir Əbülfəs Qarayev sistemin işə düşməsi ilə bağlı tədbir iştirakçılarına əvvəlcədən xəbərdarlıq edib və heç kimin qorxub, zalı tərk etməməsini xahiş edib. Həyacan siqnalı bir neçə dəqiqə davam edib. Əldə edilən məlumata görə, isə həyacan səsinin işə düşməsi Fövqəladə Hallar Nazirliyinin yoxlamaları ilə əlaqədar olub. Nazirlik 2015-ci ildə Bakıda keçiriləcək Olimpiya oyunlarına gələcək qonaqların yerləşdiriləcəyi otellərin təhlükəsizlik sistemini yoxlayır.


Nigar Etibar
AzNews.az