- Hadisə
- 12:21
- 1 122
Parlamentdə tarixi abidələrin pasportlaşdırılması məsələsi müzakirə edilib

Milli Məclisdə tarixi və mədəniyyət abidələrinin pasportlaşdırılması prosesi ilə əlaqədar İctimai Komissiya yaradılması təklif edilib.
Bunu deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, pasportlaşma zamanı ictimai, siyasi, mədəniyyət xadimlərinin də fikirləri nəzərə alınmalıdır.
Spiker Sahibə Qafarova isə deputatın təklifinə cavab olaraq əlavə edib ki, belə komissiya mövcuddur.