- Ermənistan və Gürcüstan
- 26 İyun 2020 13:10
- 5 153
Gürcüstanda COVID-19-a yoluxanların sayı 919-a çatdı
Hazırda ölkə üzrə karantində 2 687 nəfər saxlanılır.
Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb.
AzNews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da, qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 919-a çatıb. Onların 780-i sağalıb, 14-ü isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 2 687, stasionar nəzarətdə isə 260 nəfər saxlanılır.