Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib
  • Paytaxt
  • 27 Oktyabr 2021 15:09
  •  4 586

Dövlət başçısı sərəncam imzalayıb

Dövlət Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib

Prezident İlham Əliyev “Taxıl haqqında” qanunda dəyişiklik edilməsi barədə” 15 oktyabr 2021-ci il tarixli qanunun tətbiqi və “Taxıl haqqında” qanunun tətbiq edilməsi barədə” 15 iyul 2000-ci il tarixli fərmanında dəyişiklik edib.

AzNews.az xəbər verir ki, dəyişikliyə əsasən, Dövlət taxıl fondu bu il oktyabrın 7-də yaradılmış Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilib.