- Paytaxt
- 8 May 13:16
- 2 127
İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır
Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır.
Bu sözləri Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib.
“Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”, - deyə dövlət başçısı əlavə edib.