Bakıda və Abşeron yarımadasında fevralın 17-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında fevralın 17-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 17-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, səhər paytaxt və yarımadanın bəzi yerlərində duman olacaq, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7 dərəcə, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacağı gözlənilir. Bakıda isə gecə 5-7 dərəcə, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Axşam isə yağıntılı olacağı gözlənilir.
Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-17 dərəcəyədək isti olacaq.