İlkin olaraq xəstəyə «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, beyin qan dövranının pozulması, ikitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik, septik şok» diaqnozu qoyuldu İlkin olaraq xəstəyə «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, beyin qan dövranının pozulması, ikitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik, septik şok» diaqnozu qoyuldu

Professor: "İsgəndər Həmidovun vəziyyəti ağırdır"

İlkin olaraq xəstəyə «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, beyin qan dövranının pozulması, ikitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik, septik şok» diaqnozu qoyuldu

"Artıq xeyli vaxtdır Milli-azadlıq hərəkatının öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov kritik durumdadır".

Bu məlumatı sosial şəbəkədə tibb elmləri doktoru, professor Adil Qeybulla yazıb:

"Bu ilin 24 yanvarında, təxminən saat 17.00 radələrində bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşmiş, huşunu itirib yıxılıb. 20 dəqiqə müddətində İsgəndər bəyi «City Hospital»a çatdırdılar. Mənə bildirildi ki, huşu gedəndən təxminən 5-7 dəqiqə sonra özünə gəldi və qusmağa başladı və yenidən huşsuz vəziyyətə düşdü. Klinikaya daxil olarkən huşsuz vəziyyətdə idi, dəri və selik qişaları kəskin avazımışdı, əl-ayaqları soyuq idi, qıcıqlara reaksiyası zəif, tənəffüsü səthi, xırıltılı idi".

A.Qeybulla bildirir ki, onu dərhal reanimasiya şöbəsinə götürüblər:

"Xəstəyə venoz kateter qoyuldu, monitora qoşuldu: vəziyyəti stabilləşdirmək və saturasiyanı təmin etmək üçün xəstə süni tənəffüsə (ağ ciyərlərin süni ventilyasıyasına) keçirildi. İlkin olaraq xəstəyə «Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, beyin qan dövranının pozulması, ikitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik, septik şok» diaqnozu qoyuldu. Sonrakı müayinə və müalicə tədbirləri üçün bir neçə saatdan sonra xəstənin Mərkəzi Klinik Xəstəxanaya (MKX) köçürülməsi qərara alındı.

Hazırda İsgəndər Həmidovun müalicəsi MKX-in reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub. Türkiyədəki müalicə həkimləri ilə intensiv danışıqlar gedir". (lent.az)

AzNews.az