DÇ-2026: Bosniya və İsveçrə qrupu qələbə ilə başa vurub

2026-cı il dünya çempionatında bu gün qrup mərhələsinin III turuna start verilib.

AzNews.az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki görüşü baş tutub.

Bosniya və Herseqovina millisi Qətərlə qarşılaşıb. Bosniyalılar matçı 3:1 hesablı qələbəylə başa vuraraq qrupu 4 xalla 3-cü pillədə başa vurub. Qətər 1 xalla qrup sonuncusu olub.

Qrupun digər matçında isə İsveçrə Kanadanı məğlub edib: 2:1.

Xallarının sayını 7-yə yüksəldən Avropa təmsilçisi B qrupunu lider tamamlayıb. Kanada 4 xalla ikinci yerdə qərarlaşıb.

Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənib.

DÇ-2026
B qrupu, III tur
24 iyun
23:00. Bosniya və Herseqovina - Qətər 3:1

Qol: K. Alaybeqoviç, 29, Al Brake (ö.q), 34, Al Haydos, 41, Mahmiç, 81

23:00. İsveçrə - Kanada 2:1

Qol: R. Varqas, 46, Manzambi, 57, P. Deyvid, 76