Yəməndə partlayış jurnalistin həyatına son qoydu

Yəmənin Hadramaut əyalətində "Al Hadath" telekanalının əməkdaşı, jurnalist Məhəmməd Aida avtomobilinin partladılması nəticəsində həlak olub.

AzNews.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Məlumata görə, jurnalist avtomobilinə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib.

Hadisə Hadramaut əyalətinin inzibati mərkəzi olan Əl-Mukalla şəhərində baş verib.

Hazırda hadisənin başvermə səbəbləri və digər təfərrüatları araşdırılır.