"Rusiyanın müharibə ilə bağlı sənədlərini ələ keçirmişik" - Zelenski

“Rusiya ordusu Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində müdafiəsini zəiflədir”.

AzNews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Kəşfiyyat Ukraynanın uzaqmənzilli zərbələrinin nəticələrinə dair Rusiyanın daxili sənədlərini əldə edib. Bunlarda mövcud vəziyyətlə bağlı Rusiya rəhbərliyinin həyata keçirdiyi tədbirlər də qeyd edilib. Bu tədbirlərdən biri hava hücumundan müdafiə sistemlərinin Rusiyanın regionlarından Moskvaya və Kerç körpüsünə (Krım) köçürülməsidir. Faktiki olaraq, ruslara məhz bu iki perimetri qorumaq tapşırılıb, bu, onların özünün və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində digər istiqamətlərin müdafiəsini zəiflətməsi hesabına həyata keçirilir. Bundan nəticə çıxaracağıq”, - o bildirib.

Zelenski əlavə edib ki, Rusiyanın müharibəni uzatmasına və Ukrayna ərazisinə endirdiyi zərbələrə cavab olaraq tamamilə ədalətli yeni addımlar hazırlanır:

“Mümkün qədər çox rusiyalının anlaması vacibdir ki, müharibənin uzanmasına səbəb məhz Rusiya rəhbərliyinin diplomatiyadan imtina etməsidir. Ukrayna məzmunlu diplomatik təkliflər irəli sürüb”.