İngiltərə Dünya Kubokunda rekord qırdı

İngiltərə millisi 2026-cı il dünya çempionatında yeni rekorda imza atıb.

AzNews.az xəbər verir ki, komanda qrup mərhələsinin II turunda Qana ilə heç-heçə edib.

Bu, İngiltərə millisinin dünya çempionatları tarixində 23-cü heç-heçəsi olub. İngilislər bununla mundiallar tarixində ən çox heç-heçə edən komanda adına sahib çıxıblar.

Qeyd edək ki, İngiltərə millisi dünya çempionatının qalibi yalnız bir dəfə olub. Komanda 1966-cı ildə finalda Almaniyanı əlavə vaxtda 4:2 hesabı ilə məğlub edərək titul qazanıb.