- Flash
- 16:09
- 867
Fransa - İraq oyunu təxirə salına bilər - SƏBƏB
Futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin ikinci turunda keçiriləcək Fransa–İraq oyununun baş tutmamaq ehtimalı yaranıb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunun keçiriləcəyi saatlarda ABŞ-nin Filadelfiya şəhərində güclü tufan və leysan yağışları gözlənilir ki, bu da matçın keçirilməsinə mane ola bilər.
FİFA-nın qüvvədə olan protokoluna əsasən, stadionun 8 mil (təxminən 13 kilometr) radiusunda ildırım qeydə alınarsa, Dünya Çempionatı-2026-nın oyunu dayandırılmalıdır.
Qeyd edək ki, I qrupunda yer alan Fransa milli futbol komandası ilk turda Seneqalı 3:1 hesabı ilə məğlub edib, İraq milli futbol komandası isə Norveçə 1:4 hesabı ilə uduzub.
Buna görə də bu görüş hər iki komanda üçün qrupdan çıxmaq baxımından böyük əhəmiyyət daşıyır.
Fransa – İraq matçı iyunun 23-nə keçən gecə saat 01:00-da başlamalıdır.