" ATƏT "Ölüvay" qurumdur" - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, o, Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) tərk etməsini dəstəkləyərdi. Nazir təşkilatı “ölüvay qurum” adlandırıb.

Lavrov bu barədə “Primakov oxuları” beynəlxalq elmi-ekspert forumunda çıxışı zamanı danışıb.

“ATƏT, əlbəttə ki, yarı ölü təşkilatdır. Açığını desəm, Aleksandr Qruşko ilə bu məsələni dəfələrlə müzakirə etmişik. Qərarı prezident verir, amma mən şəxsən təşkilatı tərk etməyin tərəfdarıyam”, – deyə o bildirib.

Bununla belə, Lavrov qeyd edib ki, digər dövlətlər təşkilatdan çıxmağa hazırlaşmır və Rusiya bu addımı atarsa, yeganə ayrılan ölkə olacaq.

Nazirin sözlərinə görə, Moskva təşkilatı təkbaşına tərk etsə belə, bundan heç bir narahatlıq hiss etməyəcək. O, eyni zamanda vurğulayıb ki, ATƏT kimi platformaların mövcudluğu müəyyən mənada faydalıdır.

“İnsanların sizə müxtəlif ittihamlar səsləndirdiyi, sizin isə onlara konkret faktlarla cavab verdiyiniz bir platformanın olması hər zaman faydalıdır. Faktlarla üzləşəndə isə həmin insanların cavab verməyə sözü qalmır”, – deyə Lavrov bildirib.

O əlavə edib ki, Rusiya məhz bu səbəbdən hələlik təşkilatda qalmağa davam edir və qurumun real dəyərini yaxşı anlayır.

Mövsüm,

AzNews.az