- Dünyanın halı
- 01:51
- 2 318
İlon Maskdan şok iddia: "ABŞ COVID-19-un yaradılmasında başlıca rol oynayıb"
Amerikalı sahibkar İlon Mask COVID-19 virusunun meydana çıxmasında ABŞ-nin mərkəzi rol oynadığını iddia edib.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində Uhan Virusologiya İnstitutunun maliyyələşdirilməsi ilə bağlı paylaşımı şərh edərkən yazıb.
"USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) maliyyələşdirməsi COVID-19-un yaradılmasında mərkəzi rol oynayıb", - deyə Mask bildirib.
Bundan əvvəl bir istifadəçi 2025-ci ilin iyulunda fəaliyyətini dayandırmış USAID-in Çinin Uhan Virusologiya İnstitutuna 53 milyon dollar ayırdığını iddia etmişdi.
Qeyd edək ki, iyunun 12-də ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bəyan etmişdi ki, ABŞ hökuməti Ukraynada və daha onlarla ölkədə təhlükəli patogenlərlə işləyən biolaboratoriyaları dəstəkləyib. Onun sözlərinə görə, söhbət 30-dan çox ölkədə fəaliyyət göstərən 120-dən artıq biolaboratoriyadan gedir.
Milli Kəşfiyyat İdarəsinin ofisi həmçinin Co Bayden administrasiyasının xaricdə yerləşən Amerika biolaboratoriyalarının mövcudluğu barədə ictimaiyyətə yanlış məlumat verdiyini və bunun fəlakətli nəticələrə səbəb ola biləcəyini vurğulamışdı.