Tramp: NATO müttəfiqləri İran məsələsində ABŞ-ni məyus etdi - VİDEO

ABŞ Prezidenti Donald Tramp İranla bağlı münaqişə zamanı bir sıra NATO ölkələrinin kifayət qədər dəstək vermədiyini bildirib.

Tramp Vaşinqtonun bəzi müttəfiqlərinin tutduğu mövqedən narazı qaldıqlarını vurğulayaraq, xüsusilə Böyük Britaniya, Almaniya, Fransaİspaniyanın adını çəkib.

ABŞ prezidenti bəzi NATO üzvlərinin mövqeyinin onları “məyus etdiyini” deyib və İspaniyanı xüsusi olaraq tənqid edərək onun davranışını “dəhşətli” adlandırıb.