Azərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq. Azərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq.

Sabahdan məktəblilərin qış tətili başlayır

Azərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 5 günlük olacaq qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur.

AzNews.az