Ufa-Bakı aviareysi Ufa şəhərindəki hava şəraiti ilə əlaqədar təxirə salınıb. Ufa-Bakı aviareysi Ufa şəhərindəki hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Ufa-Bakı aviareysi təxirə salındı

Ufa-Bakı aviareysi Ufa şəhərindəki hava şəraiti ilə əlaqədar təxirə salınıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, təyyarə bu gün Bakı vaxtilə saat 20:55-də gəlməli idi.

Bundan başqa bu gün saat 23:20-də uçmalı olan Bakı-Ufa reysi də təxirə salınıb.

Hava limanından bildirilib ki, reyslər yanvarın 28-ə təyin olunub. “Ufadan təyyarənin uçuşu Bakı vaxtilə saat 13:15-ə, Bakı-Ufa reysinin vaxtı isə 16:55-ə planlaşdırılıb”.

Ümumilikdə Bakıdakı güclü külək və yağıntılar aeroportun işinə təsir etməyib, hava limanı adi rejimdə fəaliyyətini davam etdirir.