- Köhnə - Cəmiyyət
- 21 May 2017 10:37
- 3 485
Bərdədə yem üyütmə sexində yanğın olub

Bərdə rayonu, Mehdili kəndində yanğın baş verib.
AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bərdənin Mehdili kəndində ümumi sahəsi 1320 m2 olan yem üyütmə sexinin anbarının havalandırma borusunda yem qalıqları yanıb.
Anbar yanğından mühafizə olunub.
Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.