Yasamal rayonu “Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir. Yasamal rayonu “Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir.

“Sovetski”də bəzi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Yasamal rayonu “Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir.

AzNews.az “Azəravtoyol” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir işləri ilə əlaqədar olaraq sabahdan etibarən sözügedən küçə və prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.