Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib. Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.

Bakı metrosunda gənc qız özünü qatar relslərinin üstünə atıb

Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə gənc qız xəsarət almayıb.

Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.

Araşdırmalar davam etdirilir.