BU ÜZLƏŞMƏ HANSI QARANLIQ MƏQAMLARA AYDINLIQ GƏTİRƏCƏK? BU ÜZLƏŞMƏ HANSI QARANLIQ MƏQAMLARA AYDINLIQ GƏTİRƏCƏK?

Gülər Əhmədova sabah iş ortağı ilə üzləşdiriləcək – EKSKLÜZİV

BU ÜZLƏŞMƏ HANSI QARANLIQ MƏQAMLARA AYDINLIQ GƏTİRƏCƏK?



AzNews.az saytının bu dəqiqələrdə əldə etdiyi məlumata görə haqqında həbs-qəti imkan tədbiri seçilən sabiq millət vəkili Gülər Əhmədova sabah saat 19-00-da Baş Prokurorluqda türk iş adamı Səlcuq Çağlayanla üzləşdiriləcək. Məlumat üçün bildirək ki, adıçəkilən türk iş adamı Gülər Əhmədova olayının əhəmiyyətli fiqurlarından biri sayılır. Bu baxımdan təkcə bir faktı xatırlatmaq kifayətdir ki, Səlcuq Çağlayanın adı Sevinc Babayevanın müəmmalı ölüm işində də keçirdi.

Belə ki, Gülər Əhmədovanın təhrikiylə Türkiyəyə yola salan mərhum Sevinc Babayevanı İstanbulda qarşılayan, onu otelə saxta adla yerləşdirən və son anda xəstəxanaya gətirən də məhz Səlcuq Çağlayan olub. Bu isə Gülər Əhmədovayla türk iş adamı arasında kriminal işbirliyinin olmasına dair şübhələr yaradıb.

Odur ki, sabah Gülər Əhmədovanın Səlcuq Çağlayanla üzləşdirilməsi bir çox qaranlıq məqamların üzərinə işıq sala bilər.

Orxan
AzNews.az