Azərbaycanda yeni inşa olunan Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. Azərbaycanda yeni inşa olunan Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Yeni tikilən pullu yolla bağlı - Son xəbər

Azərbaycanda yeni inşa olunan Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.

Bu barədə AzNews.az-a açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, yolun bir hissəsində artıq işlər yekunlaşıb: "Yolun Yenikənd-Salyan hissəsi hazırdır, Salyan-Şorsulu hissəsində işlər yekunlaşır. Yolun Cəlilabad-Masallı və Masallı-Lənkəran hissələri də hazırdır, Lənkəran-Astara hissəsində də işlər artıq bitir".

A.Nəcəfli bildirib ki, magistral avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsində işlər davam etdirilir: "Yol gələn il istifadəyə veriləcək. Yolun uzunluğu 174 kilometrdir".

Xatırladaq ki, daha öncə qurumun mətbuat rəsmisi yeni tikilən 174 km-lik Bakı-Ələt-Astara-İran sərhəddi avtomobil yolunun gələcəkdə ödənişli olması barədə Trend-ə bildirmişdi. Məlumata görə, yolun hər kilometri üçün ödəniş avtomobillərin ölçüsü və çəkisindən asılı olaraq, 4-7 qəpik planlaşdırılır.