Göyçay Rayon Təhsil Şöbəsi 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsinə aydınlıq gətirib. Göyçay Rayon Təhsil Şöbəsi 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsinə aydınlıq gətirib.

Məktəb direktorunun intihar səbəbi: “Bankdan kredit götürüb, qızına mebel alıb...”

Göyçay Rayon Təhsil Şöbəsi 9 saylı orta məktəbin direktorunun intihara cəhd etməsinə aydınlıq gətirib.

Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov AzNews.az-a açıqlamasında hadisənin məktəb binasının qarşısında deyil, məhz direktorun öz kabinetində baş verdiyini qeyd edib:

“Səhər həmişəki kimi işə gəlib. Hadisə saat 3:00-dan sonra baş verib. Öz iş otağında damarlarını kəsib. İzahat verib, orada depressiyaya düşdüyünü bildirib. Sən demə, bankdan pul götürüb, qızına mebel alıb, toy edib. Bundan başqa, kreditlə özünə maşın da alıb”.

Qeyd edək ki, Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib. Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin direktoru Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. O, rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır.

Bahar RÜSTƏMLİ
AzNews.az