Köhnə maşınların hissələrindən yeni avtomobil düzəltdi - Video

Göygöl sakini köhnəlib sıradan çıxmaq üzrə olan "Niva"sını modifikasiya edərək ona ikinci "həyat" verib. Köhnə "Niva"nın hissələrini "UAZ" markalı avomobilin detalları ilə kombinə edərək daha dayanıqlı yolsuzluq maşını əldə edib.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Göygöl rayonunun dağlıq ərazisində yerləşən Qarabulaq kəndində yaşayan Sakit Şəfiyev deyir ki, bu qərara gəlməsi təsadüfi deyil. Çünki o, çətin şəraitdə avtomobilin dayanqılı olması üçün başqa çıxış yolu tapmayıb.

İndi maşının ancaq ban hissəsi yığılmalıdır. Bu işdə Sakit Şəfiyevə oğlu Xeybər kömək edir. O, əvvəlki işlərdə də atasının əlindən tutub.

Sakit Şəfiyevin bu yeniliyi kənd sakinlərinin də marağına səbəb olub. Onlar da deyir ki, kəndin dağlıq hissəsi üçün yeni nəqliyyat vasitəsi ideal seçimdir.

Usta deyir ki, bu avtomobili başa çatdırandan sonra yeni maşın düzəldəcək. Yeni düzəldəcəyi avtomobil isə əsl qış texnikası kimi işləyəcək və təkərləri də tırtıllarla əvəz edəcək.