Azərbaycanda bayram günlərində rabitənin fasiləsiz işinin təmin olunması üçün dövlət rabitə operatorlarının telekommunikasiya qovşaqları gücləndirilmiş iş rejiminə keçəcək. Azərbaycanda bayram günlərində rabitənin fasiləsiz işinin təmin olunması üçün dövlət rabitə operatorlarının telekommunikasiya qovşaqları gücləndirilmiş iş rejiminə keçəcək.

Bu qurum da gücləndirilmiş iş rejiminə keçir

Azərbaycanda bayram günlərində rabitənin fasiləsiz işinin təmin olunması üçün dövlət rabitə operatorlarının telekommunikasiya qovşaqları gücləndirilmiş iş rejiminə keçəcək.

Bu barədə AzNews.az-a ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Mənbənin məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinə rabitə, internet, televiziya, radio və poçt əlaqəsinin fasiləsiz işini təmin etmək tapşırılıb.

Bundan başqa, qurum abunəçilərin rahatlığının təmin olunması, təhlükəsiz xidmətinin gücləndirilməsi və qəza xidmətinin hazır vəziyyətə gətirilməsi ilə bağlı tədbirlərin görülməsini də tapşırıb.