Külli miqdarda siqaret müsadirə olundu

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, baxış zamanı çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.