- Köhnə - Cəmiyyət
- 30 Yanvar 2018 12:26
- 3 626
Füzulidə orta tunc dövrünə aid oyma daşlar aşkarlandı - Foto

Füzuli rayonunda orta tunc dövrünə aid qədim daşlar aşkar edilib.
Bu barədə "Reprot"un Qarabağ bürosuna rayonun Tarix Diyarşunaslıq Muzeyinin şöbə müdiri Nailə Əsədli məlumat verib.
O bildirib ki, rayonun Böyük Bəhmənli kənd sakinləri çaydan qum-çınqıl daşıyan zaman fiqurlu oyma daşlar aşkar ediblər: "Ərazidən bir neçə belə daşın üzə çıxması sakinlərin diqqətini cəlb edib. Əməkdaşlarımız tərəfindən əraziyə baxış keçirilib və həmin daşlar toplanaraq muzeyə gətirilib. İlkin araşdırma zamanı məlum olub ki, əl əməyinin məhsulu olduğu görünən bu daşlar tarixi keçmişimizin bir parçasıdır. Orta Tunc dövrünün əvvəllərinə aid edilən oval və silindir şəkilli daşların tarixini daha dəqiq öyrənmək ücün Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etmişik".
AzNews.az

