Səfər Əbiyev gürcü həmkarıyla görüşdü

Martın 18-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Alasaniya ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev görüşüb.

"Qafqazinfo" xəbər verir ki, nazirlərin əvvəlcə geniş tərkibdə, sonra isə təkbətək görüşü olub.

Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparan nazirlər hərbi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Azərbaycanın ölkəsinə yaxından köməkliyini minnətdarlıq hissi ilə qeyd edən nazir İ. Alasaniya bunu heç zaman unutmayacaqlırını bildirib. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü həmişə olduğu kimi bu gün də dəstəklədiyini bildirən qonaq iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Görüşün sonunda müdafiə nazirlərı 2013-cü il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.

AzNews.az