Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur

“Rəsmi statistikaya görə, 2025-ci ilin aprelində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə Ermənistanda tərəvəzin qiymətləri 17,9%, meyvənin qiymətləri isə 7,9% artıb”.

“Aznews.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Suren Parsyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda cari ilin mart ayı ilə müqayisədə kartof 47%, xiyar 16,6%, alma 16,4%, çiyələk 23,7% bahalaşıb:

“Tərəvəz və meyvələrin də qiymətində artım olması da narahatlıq doğurur. Rəsmi məlumatlara görə, Ermənistanın hər dördüncü sakini yoxsuldur və gəlirlərinin böyük hissəsini yeməyə xərcləyir. Qiymətlərin qalxmasını nəzərə alsaq, yoxsulluğun səviyyəsi daha da artır. Tərəvəz və meyvələrin bahalaşmasının əsas səbəbi uğursuz kənd təsərrüfatı siyasətidir”.