Ağcabədidə 180 m2 olan mağazanın yanma səbəbi məlum olub. Ağcabədidə 180 m2 olan mağazanın yanma səbəbi məlum olub.

Yanan mağazanın sahibinə dəyən ziyan məlum oldu - 80 min manat

Ağcabədidə 180 m2 olan mağazanın yanma səbəbi məlum olub.

Şənlik kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, mağaza sahibi Aslan Mirzəyevə 80 min manat dəyərində ziyan dəyib:

“Mağaza tamam kül olub. İçi dolu ərzaq idi. Mağazada elektrik avadanlıqları, böyük soyuducular vardı. Yanğın gecə saat 3 radələrində baş verib. İlkin məlumata görə, yanğının elektrik naqillərində qısa qapanmadan baş verdiyi ehtimal olunur. Sahibkar mağaza kül olandan sonra xəbər tutub. Hazırda yanan yerdə təmizlənmə işləri aparılır.”

Qeyd edək ki, Ağcabədinin Şənlik kəndində ümumi sahəsi 180 m2 olan mağaza kimi fəaliyyət göstərən tikili yanaraq kül olub.

Bahar RÜSTƏMLİ
AzNews.az