Azərbaycanda qanunsuz kabel televiziyalarına qarşı tədbirlərin görülməsi müntəzəm şəkildə davam edir. Azərbaycanda qanunsuz kabel televiziyalarına qarşı tədbirlərin görülməsi müntəzəm şəkildə davam edir.

Qanunsuz kabel televiziyalarına - Sərt xəbərdarlıq

Azərbaycanda qanunsuz kabel televiziyalarına qarşı tədbirlərin görülməsi müntəzəm şəkildə davam edir.

Bunu özəl olaraq Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, hələki bu sahədə pozuntular kifayət qədərdir:

"Düzdür, Azərbaycanda inkişaf getdikcə bu sahədə də pozuntular azalır. Artıq tikinti sahibləri özləri də başa düşürlər ki, binalarda qeyri-qanuni kabel televiziyalarının yayımlanmasındansa, qanuni şəkildə yayımlanması daha doğru olardı. Çünki qanuni kabel televiziyalarının olması orada yaşayan əhali üçün də bir üstünlükdür. Ona görə də, onlar da getdikcə qanun pozuntularını azaldırlar. Dəqiq rəqəm deyə bilmərik, ancaq bu sahədə pozuntular kifayət qədərdir".

MTRŞ-nın qanunsuz kabel televiziyaları ilə bağlı hüquq mühafizə və vergi orqanlarına müraciətinə toxunan N.Məhərrəmli bildirib ki, müvafiq orqanlar tərəfindən qanunsuz hallara qarşı tədbirlər görülür:

"Müraciət etmişik, ancaq hansı tədbirlərin görülməsi barədə bizə məlumat verilməyib. Burada ictimaiyyət də diqqətli olmalı, kabel televiziyasına qoşularkən onun qanuni və ya qanunsuz olduğunu müəyyən etməlidir".

AzNews.az