Cinayət Məcəlləsinə düzəliş - Sayt rəhbərlərinin rəyi

"Cinayət Məcəlləsinə internetlə bağlı düzəliş bəzi hallarda təqsirsiz insanların da həbs olunmasına şərait yaradacaq. Çünki Azərbaycanda internet təhlükəsizliyi lazımi səviyyədə deyil, həm də qanunun işlənmə mexanizmi yoxdur".

Bunu Modern.az-a Aznews.az portalının baş redaktoru Elçin Zahiroğlu bildirib. O, Milli Məclisdə Cinayət Məcəlləsində təhqir və böhtana görə cəzalara internet məkanını da əlavə edilməsini məqbul bilmir.

Qafqazinfo.az internet portalının baş redaktoru Elbrus Ərud televiziya debatlarında bununla bağlı öz mövqeyini artıq bildirdiyini deyir.

Mediaforum.az saytının baş redaktoru Azər Qaraçənli "Diffamasiya haqqında" Qanunun qəbul olunmasının vacibliyini qeyd edib.

Musavat.com saytının redaktoru Xalid Kazımlı isə düzəlişlərə normal münasibət bəslədiyini söyləyib. Onun fikrincə, peşəkar mediada söyüş-təhqir ola bilməz. Lakin bununla paralel qanunun birtərəfli olduğunu, ikili standartların tətbiq edildiyini deyib. Son vaxtlar ərzində müxalifət nümayəndələri barəsində təhqir dolu yazıların, videoların yayılmasını isə tənqid edib.

AzNews.az