- Köhnə - Cəmiyyət
- 5 İyun 2013 08:35
- 1 939
"Polislə jurnalistlər arasında baş verənlər araşdırılır"
BŞBPİ-dən APA-ya verilən məlumatda qeyd olunur ki, bu məsələlər idarə rəhbərliyinin diqqət mərkəzindədir: "Hazırda hadisə ilə bağlı araşdırma aparılır və aparılan araşdırmalar başa çatdırıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Qanunu pozanlar cəzasını alacaqlar".
Qeyd edək ki, Türkiyədə Gezi parkının sökülməsinə qarşı başlamış kütləvi aksiyalara dəstək olaraq Bakıda keçirilən aksiyaları işıqlandırarkən jurnalistlər (ANS TV əməkdaşları Elnarə Məmmədova Firuz Ağayev və RATİ əməkdaşları Rasim Əliyevlə Mehman Hüseynov) hüquq-mühafizə orqanları əməkdaşlarının təzyiqinə məruz qalıblar.
AzNews.az