Həmsədrlər gələn həftə Azərbaycana gələcək

ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftə Azərbaycana səfərə gələcəklər.

Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı həmsədrlər Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış vəziyyət müzakirə olunacaq.

Vasitəçilərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilidir. Onlar Bakıdan Ermənistana yola düşəcəklər.

Xatırladaq ki, amerikalı həmsədr Ceyms Uorlik oktyabrın 21-də Azərbaycanda qısamüddətli səfərdə olub.

AzNews.az