- Köhnə - Cəmiyyət
- 15 Dekabr 2013 16:08
- 1 584
Bakıda qar gözlənilir

Naxçıvan Muxtar Respublikasında havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə arabir qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Temperaturun gecə 7-12° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə arabir qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə arabir qar yağacağı ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, dağlarda duman olacağı gözlənilir. Temperaturun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
AzNews.az