- Köhnə - Cəmiyyət
- 19 Dekabr 2013 22:08
- 1 339
Ehtiyac meyarının həddi və yaşayış minimumu artırıldı

Ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilib.
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.
Hər iki qanun 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
AzNews.az