Hansı binalara qaz verilməyəcək?- AÇIQLAMA

Bu gün Milli Məclisin növbəti plenar iclasında yeni tikilən binalara təbii qazın verilməsi probleminə toxunulub.

İclasda çıxış edən millət vəkili Qənirə Paşayeva yeni tikilən binalara təbii qazın verilməməsi və sakinlərin bundan şikayətçi olması məsələsini gündəmə gətirib. Deputat yeni tikilən binalara mavi yanacağın verilməməsinə görə "Azəriqaz" İstehsalat Birliyini və mənzil tikinti kooperativlərini (MTK) günahlandırıb.

İclasda çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev isə bildirib ki, həmin kooperativ binalar tam hazır olmamış mənzilləri əhaliyə satılır: "ARDNŞ və "Azəriqaz" neçə vaxtdır elan edir ki, hansı bina Fövqaladə Hallar Nazirliyinin təhvil sənədini almayıbsa, həmin binaya qaz verilməyəcək. Hansı binada təhlükəsizlik qaydalarına əməl olunmursa, o binaya qaz verilməyəcək.

Bizim qəbul edilən binaya bir həftə müddətində qaz vermək imkanımız var. Lakin ilk növbədə binalarda MTK-lar təhlükəsizliyi təmin etməlidir ki, biz də həmin binaya mavi qaz verəcək".

AzNews.az