- Köhnə - Cəmiyyət
- 25 Fevral 2014 16:02
- 4 396
Zahid Orucdan spikerin tənqidinə cavab: “Mən düz etmişəm”

Bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında Spiker Oqtay Əsədovun ona tutduğu irada münasibət bildirərkən deyib.
Zahir Orucun sözlərinə görə, Türkiyədə yaşanan son siyasi qovğaların hər hansı bir şəkildə Azərbaycana ötürülməsi, burada narahatlıqların yaranması, cəmiyyətlərin üz-üzə qoyulması, nurçuluq ətrafında guya, mühüm bir təhlükə varmış kimi bir mənzərənin ortaya qoyulması kimi fikirlər formalaşdırır:
"Mən də buna qarşı çıxdım, reaksiyamı bildirdim ki, sükut göstərilməsi sanki onların mövqeyinin güclənməsi anlamına gəldiyini vurğuladım".
Millət vəkili hesab edir ki, bunu Spikerlə arasında hər hansı bir nifaq kimi qiymətləndirmək düzgün deyil:
"Parlamentin rəhbəri də təbii ki, öz baxışını söylədi. Bildirdi ki, dediyi kimi bu süni məsələdir və bunu Parlamentin gündəminə gətirmək lazım deyil. Yenə deyirəm, biz Oqtay müəllimlə çox normal münasibətlərimiz var".
İlqar
AzNews.az